Fantastika müasir ədəbiyyatşünaslıqda ən geniş mənalarda şərh olunan məfhumlardandır. Bu məfhumla müəyyən obrazlılıq tipi, ifadə və təsvir vasitələri sistemi, bir də fantastik ehtimal və elementlərin aparıcı olduğu ədəbiyyat növü göstərilir. Aydındır ki, bu kimi izah, əslində, heç nəyi izah etmir...