Ağ duman tək yuxuna kaş ki, gələydim gecələr, Qəmli ruhun haralar gəzdi, biləydim gecələr. Hər səhər sübh nəsimiylə doğulmaqçün kaş, Baş qoyub sinənə sakitcə öləydim gecələr. Bölünüb min yerə, hər zərrəmi bir ulduz edib, Başın üstündə səmaya düzüləydim gecələr. Ağlayıb gündüzü biçarə bulud tək...