Тёмная тема в новом дизайне
Лицензионные аудиокниги

Vüsalə Məmmədzadə

46 аудиокниг
Sevgi həyatım
Zeruya Şalev (1959) İsrailin ən çox oxunan yazarlarından biridir. Kinneretdəki kibutsda anadan olub, Bibliyanı araşdırmaq sahəsində elmi dərəcəsi var, Keşet nəşriyyatında ədəbi redaktor vəzifəsində çalışmaqdadır. 5 romanı, şeirlər kitabı və bir uşaq kitabı çap olunub. “Sevgi Həyatım” romanı həm...
Sezənin sevgisi
Əsərdən bir parça: 1991-ci ildə taleimi axtarmaq üçün yola düşdüm. Atamdan mənə nə qədər miras qalmışdısa, hamısını satıb, əlimdə bir az pulla Türkiyəyə gəldim. Amacım isə Türkiyə yolu ilə Qərb ölkələrinə davam etdirmək idi. İnsan hər zaman bəlli etdiyi hədəfin arxasınca gedə bilmir. Bəzən dünyada...
Yüz ilin tənhalığı
“Yüz ilin tənhalığı” romanında Buendia nəslinin yaran­ma­sı, yük­sə­lişi, qürubu və məhvi əks etdirilmişdir. Bu nəslin tarixi – hər bir Buendia üzvünün taleyində bu və ya digər şəkildə təzahür edən tən­halıq hekayətidir. Tənhalıq, ailə üzvlərinin bir-birindən aralı düş­­məsi, onların bir-birini...
Rind və Zahid
Klassik ədəbiyyatımızın parlaq və təkrarolunmaz simalarından biri olan Məhəmməd Füzulinin fars dilində qələmə aldığı “Rind və Zahid” mükalimə tərzində yazılmış bir əsərdir. Əsərdə ata və oğul arasında gedən dialoqlar müxtəlif mövzuları əhatə edir. Hər cümləsində Füzuli zirvəsinin qüdsiyyətini,...
Şərq ekspresində ölüm
Aqata Kristi əsərlərinin klassik qəhrəmanı Puaro «Şərq ekspresi»ndə səfərə çıxır və həmişəki kimi baş gicəlləndirən hadisəylə üz-üzə qalır. Səhər tezdən birinci dərəcəli kupedə kişi meyiti aşkarlanır. Elə bu zaman qatar yolda qalaqlanmış nəhəng qar topası səbəbindən dayanmalı olur və hərəkət edə...
Mustafa
Mustafa автор Qan Turalı
Hadisələr XXI əsrin ilk illərində baş verir. Bakı Dövlət Uni­ver­sitetinin tələbəsi olan Mustafa­nın eşqi “uğursuzluq zola­ğı”ndan çıxa bilmir. Eşq­dən sonra qurşandığı mütaliə onu sosializmə aparır. Amma bu yolda çox əzablar çəkəcək, çox məh­ru­miyyətlər görəcəkdi. İstedadlı bir gəncin fərdi və...
Pir
Azərbaycanın müsəlman şərqində nail olduğu bir çox ilklər, o cümlədən ilk konstitusiya Nəriman Nərimanovun adıyla bağlıdır. Nərimanov hakimiyyəti dövründə Azərbaycan xalqının adət və ənənələrinə dərin hörmət verilmiş, bütün dini və ənənəvi bayramlar rəsmi olaraq qeyri-iş günü hesab olunmuşdur. O,...
Görünməz adam
İngilis yazıçısı və alimi Herbert Corc Uells uşaq yaşlarından elmə və ədəbiyyata böyük maraq göstərmişdir. 17 yaşında ikən Kral Elmi Cəmiyyətinin kollecində təhsil alan Herbert 25 il sonra bu cəmiyyətin prezidenti seçilmişdir. Biologiya və fiziologiya doktoru Herbert Uells yazdığı bədii əsərlərdə...
Avtoritar şəxsiyyətin necəliyi
Amerikada yaşadığı illərdə Adorno öz həmkarları ilə birlikdə müxtəlif təbəqədən olan insan tipləri arasında sosioloji və psixoloji araşdırmalar apararaq onların “demokratik” və ya ”avtoritar“ hakimiyyətə nə dərəcədə meylli olduqlarını öyrənmişdir. Bu araşdırmaların məhsulu olaraq ”Avtoritar...
Əliqulu evlənir
Sabit Rəhmanın “Əliqulu evlənir” komediyasında yeni və müstəqil bir sosial-əxlaqi məsələ – “yalan” problemi öz əksini tapır. Bu isə Sabit Rəhmanın, həm də dövrün komediyaya marağında, tamamilə, təbii bir mərhələ idi: uzun bir müddət həqiqətə yox, illüziyaya xidmət edən satiranı bir mövzu kimi yalan...
Hamı oğul böyütmüşdü
Azərbaycanın xalq şairi Ramiz Rövşənin bu kitabında şairin nəsr yaradıcılığı – povestləri, hekayələri və esseləri yer almışdır. Ramiz Rövşən nəsri də poeziyası kimi mövzu rəngarəngliyi və fəlsəfi tutumu ilə zəngindir. “Belə-belə işlər”, “Hamı oğul böyütmüşdü”, “Ağrı”, “Yağışlı bir günün...
Mənim Mixaelim
Romanda hadisələr 1950-ci illərdə – İsrail dövlətinin qurulduğu illərdə cərəyan edir. Əsər Hanna Qonenin dilindən danışılır və onun Mixaellə tanışlığından başlanır. Hanna universitet tələbəsi olduğu illərdə Mixaaellə – geologiya fakültəsinin aspirantıyla tanış olur və onlar evlənirlər. Hanna...
Ana
“Ana” əsəri azərbaycanca yazılmış ilk mənzum dram əsəri sayılır. Şair-dramaturq həmin səhnə əsərini 1910-cu ildə tamamlayıb. Mövzusu Dağıstan həyatından alınıb. Dramın qəhrəmanı Səlma ana obrazının timsalında mərdlik, mənəvi nəciblik, insani sədaqət duyğuları tərənnüm olunub. “Ana” dramı ilk dəfə...
Hekayələr
Dünya ədəbiyyatında görkəmli yerlərdən birini tutan böyük rus yazıçısı Anton Çexov öz əsərlərində yaşadığı dövrün real səhnələrini, ictimai həyatın səciyyəvi tərəflərini əks etdirmişdir. Hekayə sahəsindəki fəaliyyəti ilə bütün dünya ədəbiyyatında diqqəti cəlb etmiş Anton Çexov üçün bir novator...
Gülüstani irəm
Gülüstani-İrəm – Abbasqulu ağa Bakıxanovun Şirvan və Dağıstanda yaşayan tayfa və xalqların tarixinə həsr etdiyi əsəri. «Gülüstani-İrəm»ə qədər Azərbaycan tarixinə aid yazılmış ümumi bir tarix əsərinə təsadüf edilmir. A.Bakıxanov bu sahədə birinci olaraq Azərbaycan tarixinə aid olan materialları...
Oliver Tvistin macəraları
Oliver Tvistin macəraları – Çarlz Dikkensin ikinci romanı. Oxuculara təqdim olunan «„Oliver Tvist“» romanı məşhur ingilis yazıçısı Çarlz Dikkens yaradıcılığından Azərbaycan dilinə tərcümə edilən ilk əsərdir. Bu roman Dikkensin yaradıcılığında xüsusi yer tutur və öz dərin ictimai məzmunu, həyat...
Gecikmiş sevgi
Camal Zeynaloğlu zamanın nəbzini tutan, yazıçı-publisist, tərcüməçi-psixoloq kimi öz əsərləri ilə ədəbiyyatımıza yeniliklər gətirən yazarlardandır. O, nə yazırsa yazsın bütün əsərlərində bugünkü həyatın reallıqlarını əks etdirdiyinə görə oxucu onu sevə-sevə oxuyur. Çünki onun qələmə aldığı hekayə...
Показать ещё
46 книг
Перейти