Тёмная тема в новом дизайне
Лицензионные аудиокниги

Новые аудиокниги

Dəniz kənarı ilə qaçan alabaş
1977-ci ildə yazılmış “Dəniz kənarıyla qaçan Alabaş” əsərində dörd ovçunun dənizə çıxmasından, hadisələrin onların gözlədiklərindən tamamilə fərqli cərəyan etməsindən və Kirisk adlı oğlanın keçdiyi ağır sınaqlardan bəhs olunur.
Читает Məmməd Əvəzoğlu
Sən köhnə Bakını tanıyırsanmı
Bakı milyonçuları və ziyalıları, ruhaniləri, qoçuları və hambalları, Bakı mətbuatı, təhsil və maarifin səviyyəsi xanlıqlardan tutmuş bu günümüzə qədər paytaxtımızın mənzərəsini ustalıqla təsvir edən Qılmn İlkinin “Sən köhnə Bakını tanıyırsanmı?” kitabı oxucuya (dinləyiciyə) Bakının qədimiliyi...
Читает Elçin Hacı
Molla Nəsrəddinin lətifələri
Uyğur elindən Serbiyayadək böyük bir ərzidə geniş şöhrət tapmış, duzlu-məzəli hekayətləri, tutarlı cavabları el məsəllərinə çevrilmiş, xalqın rəğbət və məhəbbətini qazanmış Molla Nəsrəddin xalq müdrikliyinin timsalıdır. O nə coğrafi sərhəd tanıyır, nə zaman sərhədi. O həmişə yaşardır. Molla...
Читает Ramil Zeynalov
Məhəmməd Hadinin seçilmiş əsərləri
XX əsr Azərbaycan klassiklərindən, dünya romantizminin orijinal simalarından olan Məhəmməd Hadi (1879-1920) ədəbiyyatımız tarixində şərəfli yer tutur. O, milli romantizmin ideya-estetik prinsiplərini zəngin bədii yaradıcılıq təcrübəsində və ədəbi-tənqidi əsərlərində əsaslandırmışdır. Hadi türk,...
Читает Sərdar Rüstəm
Hürufilik nədir, nə deyildir?
Güntay Gəncalpın Hürufilik nədir, nə deyildir? adlı kitabında 14-15-ci əsrlərdə Azərbaycan, Anadolu və İranda yayılan Hürufilik təriqətinin mahiyyəti, onun İran millətçiliyi ilə əlaqələri, eləcə də müasir Azərbaycan tarixçiliyinin Hürufilər və Hürufiliyə baxışı müzakirə edilib. Həmçinin, kitabda...
Читает Sərdar Rüstəm
Heyvanıstan
“Heyvanıstan” ( ing. Animal Farm ) əsəri solçu şəxsiyyəti ilə tanınan ingilis yazıçı Corc Oruellin ( əsil adı Erik Artur Bler ) gəlmiş-keşmiş ən yaxşı əsərlərindən biri hesa olunur. Müəllif tərəfindən siyasət üzərinə yaxşı bir qara mizah qatılaraq oxuculara təqdim olunan əsər, həqiqətən də hər bir...
Читает Əhliman Ərşadlı
Gecikmiş sevgi
Camal Zeynaloğlu zamanın nəbzini tutan, yazıçı-publisist, tərcüməçi-psixoloq kimi öz əsərləri ilə ədəbiyyatımıza yeniliklər gətirən yazarlardandır. O, nə yazırsa yazsın bütün əsərlərində bugünkü həyatın reallıqlarını əks etdirdiyinə görə oxucu onu sevə-sevə oxuyur. Çünki onun qələmə aldığı hekayə...
Читает Vüsalə Məmmədzadə
Dəli bir ağlamaq keçir könlümdən
Kitabda 20 noyabr 1991 şəhidlərindən biri – istedadlı telejurnalist Alı Mustafyevin şeirləri daxil edilmişdir. Azərbaycan xalqının böyüklüyünü, vətən torpaqlarının müqəddəsliyini tərənnüm edən, yaşadığımız dövrün ağrı və acılarını, 20 Yanvar şəhidlərinin faciəsini əks etdirən şeirlərə əsas yer...
Читает Ruhiyyə Mahmudqızı
Davam edir 37
Görkəmli Azərbaycan şairi, filologiya elmləri doktoru, əməkdar incəsənət xadimi, insan hüquqları uğrunda böyük mübariz Xəlil Rza Ulutürk əsrin mürtəce qüvvələrinə qarşı hələ gənc illərindən başladığı gündəlik döyüşlərində güzəştsiz, prinsipial, işıqlı mövqe tutduğu üçün 1990-nın qanlı yanvar...
Читает Əhliman Ərşadlı
Çipollinonun macəraları
Hər şey qolundakı saatına baxa-baxa harasa tələsən qəribə geyimli dovşanla başladı. Dovşanın arxasınca gedən Alisa bir də gözünü açıb gördü ki, qeyri-adi, fantastik bir diyara düşüb. Yeyib-içdiyi hər şey onu ya həddən artıq balaca, ya da div kimi böyük edirdi. Göz yaşlarından yaranmış dənizdə...
Читает Sərdar Rüstəm
Çətin yollarda
Vasili Belovun bu əsərində kənd həyatının dərin təhlili verilmişir. Bəzi epizodların sərtliyinə baxmayaraq İvan Drınovun ailəsinin, onun tərəddüdlərinin təsviri nikbin əhvali-ruhiyyəsi ilə qələmə alınmış, xalqa inam, doğma torpağa və əməyə məhəbbət öz dərin ifadəsini tapmışdır.
Читает Elçin Hacı
Cəsur Joananın qəribə  macəraları
Dünya ədəbiyyatının bir çox nümayəndələri öz yaradıcılıqlarında nağıl janrına da geniş yer vermiş, yazılı ədəbiyyatın bu şəklində uşaqların indi də sevə-sevə oxuduqları qiymətli əsərlər qələmə almışlar. Dünya şöhrətli portuqaliyalı yazıçı Joze Qomes Ferreyranın, sehrli nağıllar aləminin...
Читает Vüsalə Məmmədzadə
Cənnətdən yuxarı
Kitabda Təranə Vahidin hekayələri, esseləri və miniatür duyğuları yer alıb. Yazıçının dilinin gözəlliyi, deyimlərin təzəliyi, fikirlərin zənginliyi kitabı daha da oxunaqlı edir. Dünyaya fərqli baxışı olan Təranə Vahidin uğurlarından biri də qısa, aydın və sadə yazmasıdır. Amma bu sadəliyin içində...
Читает Təranə Ocaqverdiyeva
Bədbəxt qız
Bu kitaba İ.S.Turgenevin üç əsəri daxil edilmişdir. “Saat”, “Bədbəxt qız”, “Taqqıldayır”. “Saat” povestində gənc qəhrəman Davıdın güclü xarakterindən bəhs olunur. O, kasıbların, təhqir olunanların havadarıdır. Özünə bəslənən etimadı doğruldan Davıd məşhur Borodino döyüşü zamanı bir qəhrəman kimi...
Читает Rauf Ağakişiyev
Ayvənhəu
Roman İngiltərə tarixinə həsr olunmuşdur. Yazıçı hakimiyyət uğrunda mübarizədə baş qaldıran hərc-mərcliyə son qoyacaq ideal bir kral obrazı – Riçard obrazını yaratmışdır.
Читает Mahir Mirişov
Aşıq Ələsgərin əsərləri
Aşıq Ələsgər hər bir azərbaycanlıya qan ilə kеçmiş, onun mənəviyyatının bir hissəsinə çеvrilmiş söz ustadıdır. Sеhr dolu şеirləriylə Ələsgər möcüzəsi sadəliyin möcüzəsidir. Bеləsənətkarlara еldə “Haqq aşığı” dеyərlər. Qanında Dədə Qorqudu, Qurbanini, Qaracaoğlanı, Yunus Əmrəni, Sarı Aşığı daşıyan...
Читает Əhliman Ərşadlı
Anarın seçilmiş əsərləri
Görkəmli nasir, publisist, dramaturq xalq yazıçısı Anarın «Seçilmiş əsərləri»nin bu cildinə müxtəlif illərdə qələmə aldığı «Asılqanda işləyən qadının söhbəti», «Taksi və vaxt», «Gürcü familyası», «Mən, sən, o, və telefon», «Yaxşı padşahın nağılı», «Dantenin yubileyi», «Keçən ilin son gecəsi», «Ağ...
Читает Zülfiyyə Eldarqızı
Adını demədi
Çingiz Hüseynov 1929-cu il aprelin 20-də Bakıda anadan olmuşdur. Burada orta məktəbi bitirdikdən sonra ADU-nun fılologiya fakültəsinə daxil olmuş, ikinci kursdan Lomonosov adına Moskva Dövlət Universitetinə dəyişilmiş, oranı bitirmişdir (1952). SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun...
Читает Zülfiyyə Eldarqızı
Rast
Читает Azadə Abbasova
Показать ещё
Перейти