Фильтр длительности в новом дизайне
Лицензионные аудиокниги

Dürdanə Dünyamalıyeva

32 аудиокниги
Qızburunda tək məzar
Əlfi Qasımovun povestlərinin bir qismi Böyük Vətən müharibəsi illərində qəhramanlıq və fədakarlıq göstərən gənclərin həyatına həsr olunmuşdur. Belə əsərlərdən biri də “Qızburunda tək məzar” povestidir. Yazıçı bu povestini Kabardin-Balkar torpağında Qızburun kəndinin müdafiəsində əfsanəvi...
Nizami Gəncəvinin lirikası
Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi “Xəmsə” ilə bərabər ömrü boyu lirik şeirlər yazmış və iyirmi min beytlik bir divan tərtib etmişdir. Nizaminin əldə olan lirik irsi klassik Şərq şeirinin üç əsas şəklini – qəsidə, qəzəl, rübai şəkillərini əhatə edir. Hal-hazırda əldə olmayan bu...
Hekayələr
Həmid Rza oğlu Məmmədzadə 1924-cü ildə Şərqin qədim mədəniyyət beşiyi olan Təbriz şəhərində dünyaya göz açıb. İlk təhsilini Təbrizin «Nəcat» və «Pərvəriş» məktəblərində alıb. 1942-ci ildə Təbrizin nüfuzlu təhsil ocaqlarından hesab olunan Darül-müəllimində oxuyub. Ərdəbilin «Səfəvi», «Puranduxt» və...
Hamı oğul böyütmüşdü
Azərbaycanın xalq şairi Ramiz Rövşənin bu kitabında şairin nəsr yaradıcılığı – povestləri, hekayələri və esseləri yer almışdır. Ramiz Rövşən nəsri də poeziyası kimi mövzu rəngarəngliyi və fəlsəfi tutumu ilə zəngindir. “Belə-belə işlər”, “Hamı oğul böyütmüşdü”, “Ağrı”, “Yağışlı bir günün...
Qaraca qız
Süleyman Sani Axundovun “Qaraca qız” əsəri həm sənətkarlıq, həm də məzmun baxımından Azərbaycan uşaq ədəbiyyatının nadir incilərindəndir. Əsər bədii-estetik təsiri ilə yanaşı, məktəb yaşlı uşaqların psixoloji tərbiyəsində mühüm əhəmiyyətə malikdir. Görkəmli yazıçının «Qorxulu nağıllar» silsiləsinə...
İtirilmiş əlyazma - Cəlil Cavanşir
Kitab, müəllifin sayca dördüncü kitabıdır. İki şeir, bir nəsr kitabının müəllifi bu dəfə də oxucuların görüşünə tarixi romanlar gəlir. Kitabda Azərbaycan tarixində önəmli yer tutan, Şirvanşahlar dövlətinə uzun müddət hökmdarlıq edən Dərbəndlər sülaləsindən və onların Xaçmaz mahalında (indiki Oğuz...
Qoşulub qaçmayan qız
Roman bir generalın ailəsindən, ailədaxili münaqişələrin, cəmiyyətdən bütünlüklə təcrid olunmuş bu ailənin generalın yeniyetmə qızının psixikasında yaratdığı pozuntulardan və nəticədə böyük faciələrə səbəb olmasından bəhs edir. Əsərin süjet xətti də həmin generalın qızı Çiçəyin taleyi üzərində...
Qəmli səadət
Dərya Qılıcın oxucularla ilk görüşü «Qəmli səadət» kitabıdır. Müəllif uzun illərdən bəri gördüyü, eşitdiyi, müşahidə etdiyi hadisələrdən sujetlər yaradıb, bədii ədəbiyyata olan sonsuz məhəbbətinin təzahürü kimi qələmə almışdır. Kitabda iki povest, dörd hekayə yer almışdır. Müəllif «Qəmli səadət»...
İtkin gəlin
Yazıçı Əlibala Hacızadənin “İtkin gəlin” romanının süjet xətti bədbəxt taleli bir qızın – sevdiyi adamdan qaçan Əfsanənin taleyi üzərində qurulub. ""Romanındakı hadisələrin əsasında məhəbbət macərası dayanır. Tacir Həzrətgülün bacısı qızı Əfsanə bədbəxt bir hadisə nəticəsində ata-anasını...
Yaşamaq gözəl şeydir qardaşım
Nazım Hikmət Anadolu kəndlilərinin acınacaqlı həyatını hələ gənc yaşlarından görmüş və sonradan “Romantika” (“Yaşamaq gözəl şeydir, qardaşım”) romanında təsvir etmişdir.
Şahzadə Dipendranın məhəbbəti
"Şahzadə Dipendranın məhəbbəti" və «Ucaboy liliput» – bu ikicildliyə müəllifin ancaq «Ekstremal şeirlər» silsiləsi və ədəbi mətbuatda, bəlkə yarısından çoxu kirildə, dərc olunmuş, əvvəlki üç nəşr kitabına salınmış, bu ərəfədə hər birini yenidən, özü də dəfələrlə işlədiyi hekayələri...
Yas ayini
Rəcb Şükrü Güngörün «Yas ayini» hekayələr toplusu kitabı iki bölümdən ibarətdir. Birinci bölümdə «Kövrək», «Qorxu», «Boşluq», «Yaralı», «İxtiyar bir gün», «Hakimin yuxusu», «Rədd», ikinci bölümdə «Dəli», «Çox acam», «Siyah saçlı qız», «Yaşamaq provası», «Gilaslı küçə», «Müştəri», «Cökə çiçəyi...
Kontramot
Xaotik sistemdə qığılcım. İnsanın öz fantaziyalarında nə qədər uzağa gedə biləcəyini öyrənmək. Hər qələbədə bir məğlubiyyət, hər məğlubiyyətdə bir qələbə. Uçmaq, yüksəlməyin inikası – kəpənək, qu quşları, yapon mifologiyasındakı qanadlı əjdahalar. … Həyatı idarə edən proqramlardır. – Bilmək...
Alman malı
"Alman malı" hekayələr toplusu Azərbaycan cəmiyyəti və insanının günümüz üçün aktual olan problemlərinə, şəxsiyyət kimi formalaşmasında maneələr yaradan faktorlara ironik yanaşması ilə səciyyələnir və bu mənada oxucular üçün çox maraqlı olacaq. Kitabda yer alan hekayələr əsasən son...
Günahkar
“Günahkar” romanı Fərahim Cəfərovun ilk romanıdır. Romanda iki tələbə qız biri- birilərinə yaşadıqları faciəli taleləri haqqında danışırlar. Mühit onları zorlayır, təhqir edir, bu insanlar öz gerçək simalarını itirirlər. Sabrina və Ellada təqribən oxşar tale yaşayıblar. Onların hansının daha...
Qorio ata
“Qorio ata” romanı “Bəşəri məzhəkə”nin sütunlarından biridir. Bu əsərdə yazıçı yoxsul tələblərin, katorqaçıların, müflisləşmiş burjuaların, pozğun və amansız kübar xanımların, fırıldaqçı tacirlərin dolaşdığı mühitdə “ictimai mühərrik”in doğurduğu müsibətləri, insanlara aşıladığı eybəcər əqidəni,...
Показать ещё
32 книги
Перейти